12 İyun 2024, 13:21
FUTBOL
Azərbaycan yığmasının yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasiminin vaxtı açıqlanıb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssisin təqdimatı iyunun 13-də baş tutacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Mətbuat konfransı “Hilton” hoteldə təşkil ediləcək. Tədbir saat 12:00-da başlayacaq.
Qeyd edək ki, Fernandu Santuşla AVRO-2028-in seçmə mərhələsinin sonunadək müqavilə imzalanıb.