12 İyun 2024, 13:46
FUTBOL
“Qol vurmaqdan həmişə həzz almağa çalışıram. Çünki bu, çox gözəl hissdi”. Matc.az xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo deyib.
AVRO-2024-də iştirak edəcək Portuqaliya millisi yoxlama görüşündə İrlandiyaya 3:0 hesabı ilə qalib gəlib. Oyunda dubl edən Ronaldo milli karyerası haqqında danışıb. 39 yaşlı hücumçu bildirib ki, yığmada fərqlənmək ona xüsusi hiss bəxş edir: “Futbolda çox illərimin qalmadığını bilirəm. Futbol oynadığım hər il mənim üçün hədiyyədi. Özünüzü işimə həsr edirəm. Milli komandaya sevgim tükənməzdi. Komandaya kömək etmək üçün fiziki və zehni cəhətdən daim hazır olmalıyam”.
Qeyd edək ki, Portuqaliya millisində 207 oyun keçirən Kriştianu Ronaldo 130 qola imza atıb.