Qazaxıstan yığmasının futbolçusu Abat Ayımbetov yerli mətbuata açıqlama verib. O, Azərbaycan millisi ilə keçirdikləri yoldaşlıq görüşü haqda danışıb.

Qazaxıstan yığmasının futbolçusu Abat Ayımbetov yerli mətbuata açıqlama verib. Matc.az xəbər verir ki, o, Azərbaycan millisi ilə keçirdikləri yoldaşlıq görüşü haqda danışıb.

Ayımbetov 2:3 hesabı ilə uduzduqları qarşılaşmanın asan keçmədiyini etiraf edib: “Məğlub olduğumuz üçün təəssüflənirəm. 60-cı dəqiqədən etibarən geri çəkildik. Bizim üçün asan oyun olmadı. Amma deyə bilərəm ki, Azərbaycan qalib gələ biləcəyimiz komanda idi. Matçı təhlil edəcəyik”.

Oyunda məhsuldar ötürmə ilə yadda qalan 28 yaşlı hücumçu bunları əlavə edib: “Çox istərdim ki, qol vurum. Hər bir oyunçu yığmada qol vurmağı arzulayır. Bunun üçün çalışdım, sadəcə, bəxtim gətirmədi”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest