“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, qəsəbə təmsilçisi “Kəpəz”in üzvü Martins Juniorla anlaşıb. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar müsbət nəticələnib.

“Qartallar” bu transfer üçün “sarı-göylər”ə 100 min manat təzminat ödəyib.

Qeyd edə ki, braziliyalı yarımmüdafiəçi cari mövsüm Gəncə klubunun heyətində Premyer Liqada 32 oyun keçirib və 8 qol vurub. Martinsin aktivində beş məhsuldar ötürmə var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest