Daha əvvəl xəbər verilmişdi ki, xorvatiyalı Madriddə qalmaq üçün digər klublardan gələn təklifləri rədd edib və “Real”la müqaviləsini uzadıb.
“Real” 38 yaşlı yarımmüdafiəçisi Luka Modriç Madrid klubu ilə yeni müqavilə imzalamaq üçün maaşını iki dəfə azaltmağa razılaşıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “OK Diario” paylaşıb.
Bildirilir ki, daha bir il davam edəcək yeni müqaviləyə əsasən, Modriç 5 milyon avro qazanacaq. Bu, əvvəlki müqaviləyə nisbətən 50% azdır.
Daha əvvəl xəbər verilmişdi ki, xorvatiyalı Madriddə qalmaq üçün digər klublardan gələn təklifləri rədd edib və “Real”la müqaviləsini uzadıb.
Xatırladaq ki, Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Ötən mövsüm Modriç bütün yarışlarda 46 matçda iştirak edib, iki qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.