13 İyun 2024, 10:52
FUTBOL
Geridə qalan mövsüm parlaq çıxışla diqqət çəkən “Bayer” heyətini gücləndirməyə başlayıb. Matc.az xəbər verir ki, Almaniya çempionu yarımmüdafiə xəttinə yeni oyunçu cəlb edib.
Belə ki, leverkuzenlilər “Jirona”nın dayaq yarımmüdafiəçisi Aleiks Qarsiya ilə anlaşmaq üzrədi. Klublar transfer məsələsində şifahi razılığa gəliblər. Anlaşmaya əsasən, İspaniya millisinin üzvünün keçidi “Jirona”ya 18 milyon avro qazanc gətirəcək.
Qeyd edək ki, Aleiks Qarsiya ötən ildən İspaniya yığmasına çağırılır.