“Barselona” rəhbərliyi maliyyə çətinliklərini həll etməyə çalışır. Matc.az xəbər verir ki, İspaniya klubu bu məqsədlə 100 milyon avroluq kredit götürməyi planlaşdırır.

Kataloniyalılar maaş xərcləri limitini aşdığından, qarşıdakı mövsüm üçün futbolçu transferində problem yaşayır. Kredit almaq mümkün olsa, klub bir müddətə vəziyyətdən çıxmağı bacaracaq və yeni transferlərə büdcə yaranacaq. “Barsa” maliyyə problemi səbəbindən 9 futbolçunun və yeni baş məşqçi Hans-Diter Flikin, eyni zamanda məşqçilər korpusunun qeydiyyatında çətinliklə üzləşib.

Qeyd edək ki, “Barselona” ötən mövsüm İspaniya çempionatında ikinci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest