Rio Ferdinand Avropa çempionatının favoritlərini açıqlayıb. İngiltərə millisinin keçmiş üzvü bu komandanın turnirin qalibi olmaq şansını yüksək qiymətləndirib.

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Avropa çempionatının favoritlərini açıqlayıb. Matc.az xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü bu komandanın turnirin qalibi olmaq şansını yüksək qiymətləndirib.

O, digər favoritin isə Fransa olduğunu söyləyib: “Düşünürəm ki, İngiltərə və Fransa hamıdan irəli gedəcək. Almaniya? Onların bu turnirdə qalib gələcəklərini düşünmürəm, amma doğma meydanda üstünlük əldə edəcəkləri üçün yaxın ola bilərlər. Məncə, İngiltərə yığması favoritdi. Cud Bellinqem hazırda La Liqanın ən yaxşı oyunçusudu. Harri Keyn Almaniyanın bombardiridi”.

Qeyd edək ki, AVRO-2024-ə sabah start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest