“Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyo argentinalı hücumçu Lionel Messini öz dövrünün ən yaxşı futbolçusu adlandırıb. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bunu üstüörtülü şəkildə bildirib.

Jurnalist müsahibə zamanı Mourinyoya “Elə bir futbolçu varmı ki, onu komandanızda görmək istəmisiniz, ancaq bu, mümkün olmayıb”, - sualını mütəxəssis ad çəkmədən cavablandırıb. Maraqlıdı ki, o, “Real”da rəhbərliyi altında oynamış həmyerlisi Kriştiano Ronaldonun adını deməyib: “Əlbəttə ki, “balaca oğlan”ı deyərdim. O uşaq həmişə intizamlı və stabil olub. Öz nəslinin ən yaxşı futbolçusudu”.

Qeyd edək ki, Joze Mourinyo bir neçə gün əvvəl “Fənərbaxça”nın sükanı arxasına keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest