13 İyun 2024, 14:06
FUTBOL
“Sumqayıt” daha bir futbolçusu ilə yollarını ayırıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi Oktavio Manteka ilə icarə müqaviləsinin müddətini uzatmayıb.
“Sumqayıt” daha bir futbolçusu ilə yollarını ayırıb.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi Oktavio Manteka ilə icarə müqaviləsinin müddətini uzatmayıb.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlində Bolqarıstanın “ÇSKA 1948” klubundan “Sumqayıt”a icarə əsasında keçib. O.Manteka ötən mövsüm Premyer Liqada 26, Azərbaycan Kubokunda 3 qarşılaşma olmaqla, ümumilikdə 29 matçda meydana çıxıb.