“Real”ın müdafiəçisi Dani Karvaxal yeni komanda yoldaşı Killian Mbappenin keçidini dəyərləndirib. Matc.az xəbər verir ki, İspaniya millisinin üzvü fransalı forvard barədə müsbət fikir səsləndirib.
Onun fikrincə, Mbappe “kral klubu”nun gücünə güc qatacaq: “Mbappe dünyanın ən yaxşısıdı. Ən yaxşı da ən güclü komandada oynamalıdı. Ümid edirik ki, Avropa çempionatında o qədər yaxşı olmayacaq. Ancaq avqustdan etibarən ən yaxşı formasını yığacaq. Mbappeyə qarşı oynayanda çox əziyyət çəkdim. Sürət, texnika və gücdən danışıram. Amma o, “Real”ı məğlubedilməz etməyəcək. Futbol yalnız yaxşı oyunçuları seçməkdən ibarət deyil. Qalib gəlmək, kuboklar almaq üçün komanda yaratmalı və əmin olmalısan ki, hamımız eyni istiqamətdə gedirik”.
Qeyd edək ki, Kilian Mbappe PSJ ilə müqaviləsi bitdiyi üçün “Real”a azad agent kimi keçib.