“Real”ın və Braziliya millisinin hücumçusu Rodriqo Qoes Amerika Kuboku turnirindən gözləntilərini bölüşüb. Matc.az xəbər verir ki, o, Argentina yığmasını yarışın favoriti adlandırıb.

“Braziliya hər yarışda, hər oyunda qələbə üçün çalışır. Tariximizə görə biz də favoritik. Ancaq təbii ki, Argentinadan geri qalırıq. Onlar son dünya çempionu, eləcə də Amerika Kubokunun qalibidi. Lakin vəziyyəti dəyişmək və Braziliyanı Amerikanın və dünyanın ən yaxşı komandası statusuna qaytarmaq üçün şansımız var”, - deyə Rodriqo bildirib.

Qeyd edək ki, Braziliya millisi Amerika Kubokunun D qrupunda Kolumbiya, Paraqvay və Kosta Rika ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest