13 İyun 2024, 17:56
FUTBOL
“Barselona”nın prezidenti Joan Laporta sabiq baş məşqçi Xavinin istefaya göndərilməsi ilə bağlı qərarın niyə verildiyini açıqlayıb. Matc.az xəbər verir ki, klub rəhbəri bunu daha məsuliyyətli mütəxəssis gətirmək istəmələri ilə əlaqələndirib.
O, Xavi barədə də xoş fikirlər səsləndirib: “Xavi çox çətin zamanda komandaya başçılıq etdi, İspaniya çempionatını və Superkubokunu qazandı. Gələcəkdə bir çox kuboklar qazanacaq gənc oyunçular üzə çıxardı. Buna baxmayaraq, komandaya yeni təkan lazım idi. Biz də dəyərli və məsuliyyətli məşqçi seçdik”.
Qeyd edək ki, “Barselona” Hans-Diter Fliki baş məşqçi təyin edib.