13 İyun 2024, 19:01
FUTBOL
“Çelsi” və “Brayton”un sabiq baş məşqçisi Qrem Potter Dortmund “Borussiya”sına rəhbərlik edə bilər.
Matc.az xəbər veri ki, Edin Terziçin “Borussiya”dan ayrılmasından sonra, Dortmund klubu Potterlə müqavilə imzalamağa daha yaxındır.
Xatırladaq ki, 49 yaşlı mütəxəssis 2022-ci ilin sentyabrından 2023-cü ilin aprelinə kimi “Çelsi”nin baş məşqçisi vəzifəsində çalışıb. Bu müddətdə Potterin rəhbərliyi altında “Çelsi” bütün yarışlarda 31 qarşılaşmada iştirak edib, London klubu 12 dəfə qalib gəlib, 8 dəfə heç-heçə edib, 11 dəfə məğlub olub.