14 İyun 2024, 09:13
FUTBOL
“Real”la müqavilə müddəti bu ayın sonuna qədər olan Naço Fernandesin yeni komandası müəyyənləşib. Matc.az xəbər verir ki, “kral klubu”ndan ayrılacağı dəqiq olan mərkəz müdafiəçisi Səudiyyə Ərəbistanına köçəcək.
O, “Əl İttihad”la anlaşmağa yaxındı. Adıçəkilən komanda 34 yaşlı futbolçuya illik 20 milyon avro maaş olmaqla 2 illik saziş təklif edib. Naço sabiq komanda yoldaşı Kərim Benzemanın hazırkı klubuna keçməyə şifahi razılıq verib.
Qeyd edək ki, Naço Fernandes “Real”ın yetirməsidi. O, 2012-ci ildən bəri Madrid klubunun formasını geyinib. Bu müddətdə bütün turnirlərdə 364 oyun keçirən Naço 16 qol vurub, 10 məhsuldar ötürmə verib.