"Bir az həyəcanlı olsam da, çox gözəl hissdir. Bu, böyük turnirdi"
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Avropa çempionatının açılış oyunu barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, gənc mütəxəssis Şotlandiya ilə bu gün keçiriləcək görüşə hazır olduqlarını bildirib.
O, AVRO-2024-ə qələbə ilə başlamaq istədiklərini vurğulayıb: “Oyunçuların gözlərinin içinə baxanda görürəm ki, onlar ilk oyunda qalib gəlmək üçün acdılar. Matçı səbirsizliklə gözləyirəm. Bir az həyəcanlı olsam da, çox gözəl hissdir. Bu, böyük turnirdi. Şotlandiyanın çox yaxşı və istedadlı komandası var. Çox ötürmə ilə oynayırlar və təhlükəlidilər. Onların oyunçuları istənilən döyüşə atılır. Bu, Şotlandiya mentalitetidi”.
Qeyd edək ki, bu gün Münhendə keçiriləcək Almaniya – Şotlandiya qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.