Kilian Mbappenin “Real”a keçidinə mane ola bilməyən PSJ bunun intiqamını almaq fikrinə düşüb. Matc.az xəbər verir ki, Fransa çempionu qarşı tərəfin aparıcı hücumçusu Vinisius Junioru istəyir.
Kilian Mbappenin “Real”a keçidinə mane ola bilməyən PSJ bunun intiqamını almaq fikrinə düşüb. Matc.az xəbər verir ki, Fransa çempionu qarşı tərəfin aparıcı hücumçusu Vinisius Junioru istəyir.
Parislilər Braziliya millisinin forvardı ilə təmasa keçib, onun meneceri ilə ilkin danışıq aparıb. Vinisiusu narahat edən əsas məqam Mbappenin gəlişindən sonra kölgəyə düşməsidi. Parislilər bundan yararlanaraq, onu komandanın yeni lideri etməyi planlaşdırır. 23 yaşlı forvard keçidə razılıq versə, futbol tarixinin ən yüksək məvacibini ala bilər.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən “Real”da oynayır. O, ötən mövsüm 39 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar ötürmə verib.