Azərbaycanı tərk etdikdən sonra Səudiyyə Ərəbistanının “Əl-Feysəli” klubunda oynamış almaniyalı yarımmüdafiəçi “Sabah”a qayıtmağa razı olub.

Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən “Sabah” daha bir futbolçunun keçidini həll edib.

Matc.az xəbər verir ki, Masazır təmsilçisi Coy-Lens Mikelsi yenidən heyətinə qatıb.

Azərbaycanı tərk etdikdən sonra Səudiyyə Ərəbistanının “Əl-Feysəli” klubunda oynamış almaniyalı yarımmüdafiəçi “Sabah”a qayıtmağa razı olub.

Yaxın vaxtlarda tərəflərin rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, onun xidmətində “Neftçi” də maraqlı idi. Mikels Səudiyyə Ərəbistanına yollanana qədər “Sabah”ın heyətində 69 oyun keçirib, 33 qol vurmuşdu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest