“Əl-Hilal”ın hücumçusu Neymar “Flamenqo”da oynamaq arzusunda olduğunu bildirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “RMC Sport” paylaşıb.

“Mən həmişə demişəm ki, “Flamenqo”da oynamaq istəyirəm. Bu mənim ikinci sevimli komandamdır, çünki birincisi Santosdur. Məşq etdiyim və uşaqlıqdan azarkeşi olduğum kluba hörmətim var, amma “Flamenqo”nu çox sevirəm. Bir gün orada oynaya bilsəm, əlbəttə ki, çox məmnun olaram. Bunun nə vaxtsa olub-olmayacağını bilmirəm, ancaq Allah bilir. Mənim hələ də “Əl-Hilal” ilə müqaviləm var, amma heç kim gələcəkdə bizi nə gözlədiyini bilmir”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest