14 İyun 2024, 13:05
FUTBOL
Gürcüstan Milli Bankı milli futbol komandasının 2024-cü il Avropa çempionatında iştirakı ilə əlaqədar beş lari nominalında qızıl və gümüş kolleksiya sikkələrinin buraxılması barədə qərar qəbul edib.
Matc.az xəbər verir ki, sikkələrin dizaynının hazırlanmasında Gürcüstan Futbol Federasiyası da iştirak edib. Sikkənin bir hissəsində milli komandanın loqosu və onun əsas simvolu - əjdaha ilə döyüşən süvari təsvir edilib. Sikkənin üzərində gürcü dilində “Mən Gürcüstanam” yazısı da var.
Sikkənin digər tərəfində isə Gürcüstan millisinin formasının dizaynı əks olunub. Həmçinin sikkənin nominalını və buraxılış tarixini bildirən gürcü və ingilis dillərində yazılar var. Yeni nominbal ilin sonuna qədər satışa hazır olacaq.