“Borussiya” mərkəz müdafiəçisi Mats Hummelslə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu bərədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Mats “Bavariya”nın yetirməsidir. O, ümumilikdə 13 il Dortmund kulubunun şərəfini qoruyub.

Xatırladaq ki, daha əvvəl 35 yaşlı müdafiəçi İtaliyanın “Milan” və ya “Roma” klubuna keçə biləcəyi haqda xəbərlər yayılmışdı. “Transfermarkt” internet portalı almaniyalının bazar dəyərini 5 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest