14 İyun 2024, 20:15
FUTBOL
PSJ “Krasnodar”ın rusiyalı qapıçısı Matvey Safonovun transferini açıqlayıb.
Matc.az xəbər verir ki, müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Təxmini transfer məbləği bonuslar daxil olmaqla 20 milyon avrodur.
Xatırladaq ki, ötən mövsüm Safonov bütün turnirlərdə 30 qarşılaşmada iştirak edib, bunun 11-də qapısını toxunulmaz saxlayıb. Futbolçunun Krasnodar ilə müqaviləsi 31 yanvar 2029-cu ilə qədər qüvvədə idi. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.