15 İyun 2024, 11:10
FUTBOL
“Napoli”nin hücumçusu Viktor Osimhen yayda klubu tərk edə bilər.
Matc.az xəbər verir ki, yeni baş məşqçisi Antonio Konte 25 yaşlı nigeriyalını komandada görmək istəmir.
“Arsenal” və “Çelsi”nin Osimhenə uzun müddətdir marağına baxmayaraq, “Əl-Əhli” forvard üçün əsas namizəd hesab olunur.
Xatırladaq ki, ötən mövsüm Osimhen bütün turnirlərdə 32 matçda iştirak edib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.