“Barselona”nın yarımmüdafiəçisi və kapitanı Sergi Roberto “Jirona”nın futbolçusu ola bilər.

Matc.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Bildirilir ki, 32 yaşlı futbolçu hazırda “Barselona” rəhbərliyindən gələcəyi ilə bağlı klubun maliyyə vəziyyətindən asılı olacaq qərarı gözləyir.

Roberto ilə “Sevilya” və “Valensiya”nın da maraqlandığı vurğulanır.

Xatırladaq ki, yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 24 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 2,5 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest