Müqaviləsi iyunun 30-da başa çatacaq “Real”ın mərkəz müdafiəçisi və kapitanı Naço Fernandes Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçməyə qərar verib.

Matc.az xəbər verib ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Saşa Tavolieri məlumat paylaşıb.

Bildirilir ki, Naço “Əl-İttihad” və “Əl-Nasr” arasında seçim qarşısında idi. 34 yaşlı futbolçu artıq tibbi müayinədən keçib. Tezliklə Naçonun Madrid klubundan ayrılacağı rəsmən açıqlanacaq.

Qeyd edək ki, Naço “Real”ın yetirməsidir. O, 2012-ci ildən Madrid klubunun əsas heyətində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 364 matçda iştirak edib, 16 qol vurub, 10 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest