Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroosun 2024-cü il Avropa çempionatının Şotlandiya millisi ilə açılış oyununda (5:1) etdiyi ötürmələrin dəqiqliyi 99% olub.

Matc.az xəbər verir ki, mərkəz yarımmüdafiəçisi 102 ötürmənin 101-ni dəqiq yerinə yetirib.

Bu,1980-ci ildən bəri Avropa Çempionatında bir oyunda qeydə alınmış ən yüksək göstəricidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest