Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Avropa çempionatının dünya çempionatından daha çətin turnir olduğunu deyən Fransa millisinin hücumçusu Kilian Mbappenin sözlərinə münasibət bildirib.

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Avropa çempionatının dünya çempionatından daha çətin turnir olduğunu deyən Fransa millisinin hücumçusu Kilian Mbappenin sözlərinə münasibət bildirib.

Matc.az xəbər verir ki, Modriç Mbappenin fikirləri ilə razı olmadığını ifadə edib.

“Mən müqayisə etməyi sevmirəm. Avropa çempionatında qitənin ən yaxşı komandaları mübarizə aparır, lakin dünya çempionatında Argentina, Braziliya, Uruqvay və Çili kimi komandalar oynayır. Mənim üçün dünya çempionatı daha çətin turnirdir, çünki orada hamı iştirak edir.

Mən başa düşürəm ki, Mbappe bunu ona görə deyir ki, Avropanın ən yaxşı komandaları AÇ-də mübarizə aparır və biz bir-birimizi yaxşı tanıyırıq. Amma mənim fikrimcə, dünya çempionatı daha çətindir”.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatında Xorvatiya millisi İspaniya, İtaliya və Albaniya ilə eyni qrupda çıxış edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest