“Yuventus”un və “Roma”nın keçmiş futbolçusu, hazırda isə UEFA-nın vitse-prezidenti Zbiqnev Bonek Almaniyada start götürən 2024-cü il Avropa çempionatının ən yaxşı oyunçusunun kim olacağı ilə bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, o, bu barədə “La Gazzetta dello Sport”a açıqlama verib.
– Avro 2024-ün ən yaxşı oyunçusu kim olacaq?
– Kristiano Ronaldo. Uzun illər idi ki, karyerasını başa vuracağını deyirdilər, amma Kriştiano həmişə formadadır. O, hələ də çox şeyi dəyişə bilər.
– Mbappe haqqında nə deyə bilərsiniz?
– Mən onun sürətini və gücünü çox bəyənirəm. Texnika baxımından isə Mbappe Messi deyil.
– Bəs Bellinqhem?
- Hələ qərar verməmişəm. Ançelotti onun ən yaxşı keyfiyyətlərini “Real”da ortaya çırxardı və mən onları yenidən İngiltərə millisinin kontekstində birlikdə görmək istəyirəm”.