Lamin Yamal Avropa çempionatları tarixinin ən gənc assist edən futbolçusu olub.

Matc.az xəbər verir ki, o, İspaniya yığmasının Xorvatiya ilə oyununda meydana çıxıb.

B qrupunun bu gün keçirilən ilk görüşündə Yamal Karvahala (45+2) qol ötürməsi edib. O, 16 yaş 338 günnüdə AVRO-2024-də debüt edib.

Qeyd edək ki, Yamal İspaniya yığmasında 7 oyunda 2 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest