İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruis Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin I turunda Xorvatiya ilə oyunun ən yaxşısı seçilib.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Ruis qarşılamda bir qol və bir məhsuldar ötürmə edib.

Oyun Berlindəki Olimpiya stadionunda baş tutub. İspaniya 3:0 hesabı ilə qalib gəlib.

Fabian Ruis 2019-cu ildən İspaniya millisində çıxış edir. Ümumilikdə futbolçu komandanın heyətində 24 oyun keçirib, 3 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest