Xorvatiyaya vurulan qol ispaniyalı hücumçu Alvaro Morata üçün Avropa çempionatı matçlarında yeddinci qol olub.

Xorvatiyaya vurulan qol ispaniyalı hücumçu Alvaro Morata üçün Avropa çempionatı matçlarında yeddinci qol olub.

Matc.az xəbər verir ki, ispaniyalı futbolçu bu göstəriciyə görə ingilis Alan Şirer və Fransa millisinin hücumçusu Antuan Qrizmanla eyni nəticə göstərib.

Avropa çempionatı tarixinin ən yaxşı bombardiri reytinqinə isə 14 qol vuran Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo başçılıq edir. Fransa millisinin sabiq futbolçusu Mişel Platini 9 qolla ikinci yerdədir.

Xatırladaq ki, Berlindəki “Olimpiastadion” stadionunda İspaniya 3:0 hesabı ilə qalib gəlib. Moratadan başqa qolları Fabian Ruiz və Daniel Karvaxal vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest