İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2024-cü il Avropa çempionatının I turunun matçında Xorvatiya üzərində qazanılan qələbəni şərh edib.
Matc.az xəbər verir ki, ispanların 3:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra Fuente UEFA-nın mətbuat xidmətinə açıqlama verib.
“Bu məqsədə çatmaq üçün inamla çalışmış hər kəs üçün çox şadam. Bu komanda iddialıdır, biz böyük bir ailəyik, bunun üçün hər kəsə görə xoşbəxtəm. Amma biz ayaq üstə möhkəm dayanmalıyıq. Yaxşı başladıq, bu, bizə bir qədər inam verir, amma indi İtaliya ilə oyun barəsində düşünməliyik.
Çox çətin oyun keçirdik. Meydanın bütün sahələrində göstərdiyimiz oyundan çox razıyam. Xüsusilə sevindirici haldır ki, belə bir gənc komanda matç boyu diqqətini qoruyub saxlaya bildi”.