16 İyun 2024, 00:20
FUTBOL
Nedim Bayrami Almaniyada keçirilən Avropa çempionatında İtaliya ilə oyunun 21-ci saniyəsində qol vuraraq Rusiya millisinin sabiq futbolçusu Dmitri Kiriçenkonun rekordunu təzələyib.
Albaniya millisinin yarımmüdafiəçisi Nedim Bayrami Almaniyada keçirilən Avropa çempionatında İtaliya ilə oyunun 21-ci saniyəsində qol vuraraq Rusiya millisinin sabiq futbolçusu Dmitri Kiriçenkonun rekordunu təzələyib.
Matc.az xəbər verir ki, AVRO-2004-də Kiriçenko qrup mərhələsinin 3-cü turunda Yunanıstanla matçda start heyətində yer alıb və 68-ci saniyədə qol vurub. Onun vurğudu qol bu günə qədər - 20 il ərzində ən erkən qol rekordu olub.
Xatırladaq ki, 2004-cü ildə Yunanıstan sensasiyalı şəkildə Avropa Çempionatının qalibi olub.