16 İyun 2024, 01:02
FUTBOL
AVRO-2024-ün B qrupunun I mərhələsinin İtaliya - Albaniya oyununda 16 dəqiqə ərzində üç qol vurulub. Qeydə alınan bu nəticə Avropa çempionatı tarixində rekord göstəricidir.
AVRO-2024-ün B qrupunun I mərhələsinin İtaliya - Albaniya oyununda 16 dəqiqə ərzində üç qol vurulub.
Matc.az xəbər verir ki, qeydə alınan bu nəticə Avropa çempionatı tarixində rekord göstəricidir.
Bundan əvvəl üç qolun vurulduğu ən erkən göstərici AVRO-2016-nın 1/8 final mərhələsinin İngiltərə - İslandiya matçında (2:1) 18 dəqiqə olub.
Qeyd edək ki, komandalar bir-biri ilə cəmi dörd dəfə qarşılaşıb. İtaliya millisi bütün görüşlərdə qalib gəlib. Ümumi top fərqi 7:1 İtaliyanın xeyrinədir.