Ronaldinyo 2024-cü il Amerika Kubokundan əvvəl Braziliya millisini niyə tənqid etdiyini açıqlayıb. O, tənqidinin əslində reklam xarakterli olduğunu açıqlayıb.

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo 2024-cü il Amerika Kubokundan əvvəl Braziliya millisini niyə tənqid etdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, o, tənqidinin əslində reklam xarakterli olduğunu açıqlayıb.

“Mən heç vaxt Braziliya futboluna xəyanət etmərəm, heç vaxt. Sərf etdiyim sözləri də heç vaxt deməzdim. Əslində bunlar əsl braziliyalı azarkeşlərin sözləridir. Bunlar internetdə gördüyüm real şərhlərdir. Oyundan əvvəl bunu eşitdiyinizi təsəvvür edin? Bu mümkün deyil, motivasiya aşağı düşür.

Azarkeş dəstəyi oyunçular üçün böyük əhəmiyyət kəsb edir. Mən nə danışdığımı bilirəm. Uşaqlar, bizim oğlanların indi dəstəyə ehtiyacı var. Onlara biz nə qədər çox inam nümayiş etdirsək, meydanda da onlar bir o qədər inamlı olacaqlar.

Buna görə komandaya dəstək olmaq üçün kampaniyaya qoşuldum. Hər kəsdən Amerika Kuboku zamanı dəstək mesajları göndərmələrini xahiş edirik”.

Xatırladaq ki, 2024-cü il Amerika Kubokunun qrup mərhələsində braziliyalılar Kosta-Rika (25 iyun), Paraqvay (29 iyun) və Kolumbiya (3 iyul) ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest