16 İyun 2024, 19:31
FUTBOL
Niderland millisinin hücumçusu Kodi Qakpo Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin I turunda Polşa ilə qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər veri ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı forvard Hollandiya millisinin heyətində ilk qolu vurub.
Qeyd edək ki, Hamburqdakı “Volksparkstadion” stadionunda baş tutan qarşılaşmada Niderland Polşa üzərində 2:1 hesablı qələbəyə sevinib.