Bu gün Sloveniya və Danimarka komandaları AVRO-2024-də debüt oyununu keçirib.

Matc.az xəbər verir ki, qarşılaşmada tərəflər 1:1 hesabı ilə hərəyə 1 xal toplayaraq meydandan ayrılıblar.

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen danimarkalıların heyətində qol vurub. O, Avropa Çempionatı tarixində yığmanın ən yaşlı (32 yaş 123 gün) qolçusu olub.

Eriksen Sloveniya ilə görüşdə Qaret Beylin nailiyyətini təkrarlayaraq, qapıya 5 zərbə endirib və rəqiblərin qapısı yaxınlığında 5 təhlükəli vəziyyət yaradıb. Bundan əlavə, Eriksen 50 ötürməni 88% dəqiqliklə tamamlayıb. 32 yaşlı oyunçu müdafiədə fərqlənməsə də, bir qol vuraraq əsas tapşırığının öhdəsindən 100% gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest