Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo futbolu ən yüksək səviyyədə davam etdirmək istəyir. Matc.az xəbər verir ki, 39 yaşlı forvard 2026-cı il dünya çempionatında oynamağı planlaşdırır.

Bu isə o deməkdi ki, hazırda davam edən Avropa çempionatı onun üçün son böyük turniri olmayacaq. Ronaldo yığma ilə 2016-cı ildə Avropa çempionu olub.

Qeyd edək ki, Portuqaliya millisi AVRO-2024-ün ilk oyununu sabah Çexiyaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest