“Brayton”un sabiq baş məşqçisi Roberto de Zerbinin yeni komandası bəlli olub. Matc.az xəbər verir ki, İngiltərə klubundan ayrılan 45 yaşlı mütəxəssis karyerasını Fransada davam etdirəcək.

Bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib. Onun sözlərinə görə, de Zerbi “Marsel”lə anlaşıb. İtaliyalı çalışdırıcı Liqa 1 komandası ilə 3 illik müqaviləni razılaşdırıb.

Qeyd edək ki, Roberto de Zerbi 2022-ci ilin yayından “Brayton”u çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest