Serbiya millisinin cinah yarımmüdafiəçisi və kapitanı Duşan Tadiç 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun serblərin İngiltərə millisi ilə qarşılaşdığı görüşə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, o, qarşılaşmada oynadığı müddətin azlığından gileylənib.

“Mən bu komandanın lideri və kapitanıyam. Baş məşqçi ilə danışdım. Mən bu komandanın ən yaxşı oyunçusuyam. O, mənə 90 dəqiqə oynamağa icazə verməli idi. Əvvəldən meydanda olsaydım, nəticə fərqli olardı. Yox əgər Duşan Tadiçin 30 dəqiqə oynamasını istəyirsəzsə, qoy belə olsun”.

Xatırladaq ki, britaniyalılar minimal hesablı qələbə qazanıb - 1:0, yeganə qolu Cud Bellinqhem vurub.

Növbəti oyunda Serbiya millisi Sloveniya ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest