Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. Millimizin heyətində qolu 13-cü dəqiqədə Əli Qazibəyov vurub.

Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib. Matc.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində “Eqnatia Arena”da meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. Millimizin heyətində qolu 13-cü dəqiqədə Əli Qazibəyov vurub.

Qeyd edək ki, Albaniya ilə Azərbaycan milli komandaları arasında ikinci yoldaşlıq görüşü iyunun 19-da keçiriləcək. “Eqnatia Arena”da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest