İngiltərə Premyer Liqasında 2024-25 mövsümünün püşkü atılıb. Matc.az xəbər verir ki, mövsümə avqustun 16-19-da keçiriləcək ilk turun oyunları ilə start veriləcək.

İngiltərə Premyer Liqasında 2024-25 mövsümünün püşkü atılıb. Matc.az xəbər verir ki, mövsümə avqustun 16-19-da keçiriləcək ilk turun oyunları ilə start veriləcək.

“Mançester Yunayted” Premyer Liqa tarixində ardıcıl 8-ci dəfə mövsümə ev matçı ilə başlayan ilk komanda olacaq. “Qırmızı şeytanlar” açılış qarşılaşmasında “Fulhem”i qəbul edəcək.

“Liverpul” və “Tottenhem” isə 7-ci dəfə ilk görüşdə debütantla üz-üzə gələcək. “Qırmızılar” “İpsviç”i, paytaxt təmsilçisi isə “Lester”i sınağa çəkəcək.

I turun təqvimi:

16 avqust

“Mançester Yunayted” – “Fulhem”

17 avqust

“İpsviç” – “Liverpul”

“Arsenal” – “Vulverhempton”

“Everton” – “Brayton”

“Nyukasl” – “Sauthempton”

“Nottingem Forest” – “Bornmut”

“Vest Hem” – “Aston Villa”

18 avqust

“Brentford” – “Kristal Palas”

“Çelsi” – “Mançester Siti”

19 avqust

“Lester” – “Tottenhem”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest