18 İyun 2024, 16:34
FUTBOL
Lionel Messi karyerası ərzində qarşılaşdığı ən sərt müdafiəçinin adını açıqlayıb. Matc.az xəbər verir ki, “İnter Mayami”nin kapitanı PSJ-də komanda yoldaşı olduğu Serxio Ramosu fərqləndirib.
Argentinalı superulduz ispaniyalı ilə tez-tez mübahisə etdiklərini söyləyib: “Serxio Ramosla meydanda çox mübahisə etdik. Ən çox əsəbiləşdiyim futbolçu idi. Sonra komanda yoldaşı olduq, amma “El Klasiko”da həmişə mübahisə edirdik. Bu matçlar gərgin keçib”.
Qeyd edək ki, Lionel Messi “Barselona”da, Serxio Ramos isə “Real”da olarkən uzun illər rəqib olublar.