18 İyun 2024, 17:21
FUTBOL
Azad agent statusu alan müdafiəçi Serxio Ramosun karyerasını davam etdirmək üçün bir neçə variantı var. Matc.az xəbər verir ki, ulduz futbolçu ilə Türkiyə, ABŞ və Səudiyyə Ərəbistanı klubları maraqlanır.
Ramosu “Qalatasaray” heyətinə cəlb etmək niyyətindədi. Ancaq maliyyə baxımından ən sərfəli təklif Səudiyyə Ərəbistanından gəlib. “Əl-Nəsr” ispaniyalıya müqavilə təklif edib. Ər-Riyad klubunun yeni idman direktoru Fernando Yerro və onun “Real”dakı sabiq komanda yoldaşı Kriştiano Ronaldo müdafiəçini yanlarına çağırıblar. Lakin 38 yaşlı oyunçunun ailəsi ABŞ-a köçməyə meyllidi.
Qeyd edək ki, Serxio Ramos ötən mövsümü “Sevilya”da keçirdikdən sonra komandadan ayrılıb.