18 İyun 2024, 17:56
FUTBOL
“Yuventus”un və İtaliya millisinin hücumçusu Federiko Kyeza “Bavariya”nın maraq dairəsinə düşüb. Matc.az xəbər verir ki, 26 yaşlı ön xətt oyunçusu uğrunda digər klublar da mübarizə aparırlar.
Potensial transfer məbləği 30-40 milyon avro ola bilər. Ancaq “Yuventus” da öz növbəsində Kyezaya yeni müqavilə təklif etmək niyyətindədi. Vingerin taleyi Avropa çempionatından sonra həll olunacaq.
Qeyd edək ki, Federiko Kyeza 2020-ci ildən “Yuventus”da çıxış edir. Onun “qoca sinyora” ilə müqaviləsi gələn ilin yayına qədərdi.