Bu gün Portuqaliya millisi 2024-cü il Avropa çempionatında ilk oyununda Çexiya ilə qarşılaşacaq.
Matc.az xəbər verir ki, Portuqaliya yığmasının 39 yaşlı hücumçusu Kriştiano Ronaldo oyun ərəfəsində azarkeşlərə müraciət edib.
“Portuqaliyalılar, bu gün tariximizin başqa bir səhifəsi başlayır. Yığmadakı ilk günümü sevgi ilə xatırlayıram. İndi mən bir daha, istedadlı və əzmkarlıqla dolu bir çempion komanda ilə birgə olmaq şərəfinə nail oldum. Hər kəsin gücü və dəstəyi ilə xəyalları reallığa çevirə bilərik. Gəlin yeni qələbə üçün birlikdə mübarizə aparaq. Birlikdə bizi dayandırmaq olmaz. İrəli, Portuqaya!”.
Qeyd edək ki, iyunun 14-də Almaniyada start götürən 2024-cü il Avropa çempionatında Portuqaliya millisi Çexiya, Türkiyə və Gürcüstan milliləri ilə eyni qrupda çıxış edəcək.