Dortmund “Borussiya”sının sabiq müdafiəçisi Mats Hummels “Roma”nın futbolçusu olacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Nikolo Skira “X” sosial şəbəkəsində paylaşıb.

Bildirilir ki, futbolçu İtaliya komandası ilə 2025-ci ilin yayına qədər müqavilə imzalamağa hazırdır.

Xatırladaq ki, Mats Hummels “Borussiya”dakı müqaviləsi başa çatdıqdan sonra azad agent statusunda olub. O, “Bavariya”nın yetirməsidir. 35 yaşlı müdafiəçi ümumilikdə 13 il Dortmund klubunda çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest