19 İyun 2024, 17:45
FUTBOL
A seriyasının debütantı “Komo” heyətini gücləndirib. Matc.az xəbər verir ki, adıçəkilən komanda “Roma”nın hücumçusu Andrea Belottini transfer edib.
Tərəflər keçidlə bağlı razılığa gəliblər. Paytaxt təmsilçisi 30 yaşlı forvardın keçidindən 4,5 milyon avro qazanacaq. “Komo” indi futbolçunun özü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırmalıdı.
Qeyd edək ki, Belotti ötən mövsümü icarə əsasında “Fiorentina”da keçirib. O, A seriyasında meydana çıxdığı 29 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.