“Bundan sonra Amerika Kubokunda oynamayacağam. Bu səbəbdən yenidən turnirin qalibi olmağa çalışacağıq".
Argentina yığmasının lideri Lionel Messi maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, 37 yaşlı futbolçu bildirib ki, ABŞ-da keçirilən Amerika Kuboku onun üçün sonuncu olacaq.
“Bundan sonra Amerika Kubokunda oynamayacağam. Bu səbəbdən yenidən turnirin qalibi olmağa çalışacağıq. Argentina millisinin çempion olmasını istəyirəm”, - deyə Messi qeyd edib.
O, növbəti dünya çempionatında iştirak edib-etməyəcəyi haqda da danışıb: “Təbii ki, bu, gedişatdan asılıdı. Zamanı qabaqlamaq olmaz, addım-addım hərəkət etməliyik. Hazırda özümü yaxşı hiss edirəm”.
Qeyd edək ki, Argentina yığması Amerika Kubokunun qrup mərhələsinin ilk oyununda Kanadaya 2:0 hesabı ilə qalib gəlib.