21 İyun 2024, 17:07
FUTBOL
Gələn mövsümün planlarını cızan “Neftçi”də növbəti ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, “ağ-qaralar” Eddi İsrafilovla yolları ayırıblar.
Bu barədə məlumatı klub rəsmən açıqlayıb. Milli komandamızın da üzvü olan yarımmüdafiəçi ilə yeni müqavilənin imzalanmasına gərək duyulmayıb.
“Neftçi” 31 yaşlı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
2022-ci ilin yanvarında transfer olunmuş İsrafilov bu müddət ərzində “Neftçi”nin heyətində meydana çıxdığı 71 oyunda 7 qol vurub.
Qeyd edək ki, bunadək “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov, baş məşqçi Miodraq Bojoviç və futbolçular Ömər Buludovla Rüfət Abbasov “ağ-qaralar”dan ayrılıb.